Rusiyada Alpinistlər 4200 metr yüksəklikdə qayalıqdan yıxılıb
Rusiyanın Kabardin-Balkar bölgəsində yerləşən Elbrus dağına qalxış zamanı bədbəxt hadisə baş verib.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi və prokurorluğun məlumatına görə, alpinistlər təxminən 4,2 min metr yüksəklikdə qayalıqdan yıxılıblar.
Hadisə nəticəsində alpinistlərdən biri həyatını itirib, digəri isə ağır xəsarətlər alıb. Hazırda xəsarət alan şəxsin axtarış-xilasetmə işləri davam etdirilir.
15:14 19.07.2026
Oxunuş sayı: 60