BƏƏ sükutu pozdu: Dərhal danışıqlar masasına qayıdın
Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İranı yenidən danışıqlar masasına qayıtmağa çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
BƏƏ Xarici İşlər Nazirliyi regionda gərginliyin dərhal azaldılmasının vacibliyini vurğulayıb.
Qurum həmçinin hər iki tərəfi Hörmüz boğazından təhlükəsiz və fasiləsiz gəmiçiliyin təmin olunmasına çağırıb.
BƏƏ-nin açıqlaması Yaxın Şərqdə artan gərginlik fonunda verilib.
14:18 19.07.2026
Oxunuş sayı: 66