Moskva Pekindən gözləntisini açıqladı: Bu, sülhə kömək edə bilər
Çinin Ukraynadakı münaqişənin həlli ilə bağlı Avropa İttifaqına müsbət təsir göstərməsi Avropa vətəndaşlarının maraqlarına xidmət edə və davamlı sülhün əldə olunmasına kömək edə bilər.
Crossmedia.az ˝TASS˝ agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Rudenko qeyd edib ki, Pekinin mövqeyi və diplomatik səyləri Ukrayna məsələsinin siyasi yolla həllinə töhfə verə bilər.
13:50 19.07.2026
Oxunuş sayı: 71