Rusiya MN: Gecə ərzində 140 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında ölkə ərazisi, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində 140 Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Nazirliyin məlumatına görə, PUA-ların zərərsizləşdirilməsi hava hücumundan müdafiə vasitələri tərəfindən həyata keçirilib.
Ukrayna Rusiyanın bu açıqlaması ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.
13:28 19.07.2026
Oxunuş sayı: 109