Rusiya Cənubi Koreyanı hədələdi
Rusiya Cənubi Koreyada ˝Typhon˝ raket komplekslərinin yerləşdirilməsi halında buna adekvat cavab verəcəyini bəyan edib.
Crossmedia.az ˝TASS˝ agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.
Rudenko mümkün cavab tədbirlərinin nədən ibarət olacağını açıqlamayıb.
13:08 19.07.2026
Oxunuş sayı: 75