Stavropolda partlayışlar səbəbindən sakinlər təcili təxliyə edilib
Rusiyanın Stavropol diyarında pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra baş verən yanğınlar nəticəsində təhlükəli materialların partlaması qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vladimir Vladimirov məlumat verib.
Onun sözlərinə görə, vəziyyətlə əlaqədar olaraq Vyazniki kəndinin bir hissəsinin sakinləri təxliyə edilib. Hadisənin nəticələri və mümkün zərər barədə əlavə məlumat hələ açıqlanmayıb.
12:54 19.07.2026
Oxunuş sayı: 67