Cənubi Koreya süni intellekt əsaslı müdafiə robotları mərkəzi yaradacaq
Cənubi Koreya hökuməti süni intellekt texnologiyalarına əsaslanan müdafiə robotlarının hazırlanması və inkişafı üçün yeni ixtisaslaşmış mərkəzin yaradılacağını açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yeni mərkəzin əsas məqsədi hərbi sahədə istifadə olunacaq ağıllı robot sistemlərinin hazırlanması, müdafiə texnologiyalarının inkişaf etdirilməsi və ölkənin müdafiə sənayesinin innovasiya potensialının gücləndirilməsidir. Layihənin Cənubi Koreyanın müdafiə qabiliyyətinin artırılmasına və müasir hərbi texnologiyalar sahəsində rəqabət üstünlüyünün möhkəmləndirilməsinə töhfə verəcəyi bildirilir.
12:40 19.07.2026
Oxunuş sayı: 63