İsrail ordusu Livanda silahlı dəstəni zərərsizləşdirib
İsrail Müdafiə Qüvvələri Livan ərazisində pilotsuz uçuş aparatı (PUA) ilə hücum planlaşdırdığı iddia edilən silahlı qruplaşma üzvlərinə qarşı əməliyyat keçirdiyini bəyan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İsrail ordusunun məlumatına görə, əməliyyat nəticəsində PUA hücumuna hazırlaşan yaraqlılar zərərsizləşdirilib. Hadisə ilə bağlı Livan tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
11:10 19.07.2026
Oxunuş sayı: 76