Ukrayna Rusiyanın neft bazasına hücum edib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Stavropol diyarında yerləşən neft bazasını pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bölgənin qubernatoru Vladimir Vladimirov hücumu təsdiqləyərək bildirib ki, Stavropol şəhərinin şimalındakı sənaye zonasında yanğın qeydə alınıb. Onun sözlərinə görə, hadisə yerində operativ xidmətlər işləyir və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
12:10 19.07.2026
Oxunuş sayı: 74