Suriya və İraq arasında memorandum imzalandı
Suriya və İraq iki ölkə arasında neft kəmərinin bərpası və yenidən istismara verilməsini nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, saziş Suriyanın müharibədən sonrakı bərpası və ölkənin regional nəqliyyat-enerji əlaqələrinin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Bundan əlavə, sözügedən marşrut İraq neftinin dünya bazarına çıxarılması üçün əlavə ixrac dəhlizi yaradaraq Hörmüz boğazına alternativ marşrut rolunu oynaya bilər.
11:34 19.07.2026
Oxunuş sayı: 70