Müctəba Xamenei: Trampın imzası dəyərsiz və etibarsızdır
İranın Ali dini lideri Müctəba Xamenei ABŞ-ni Tehranla əldə olunmuş razılaşmanı pozmaqda ittiham edib və ABŞ Prezidenti Donald Trampı sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xamenei bildirib ki, razılaşmanın pozulması Trampın imzasının dəyərsiz və etibarsız olduğunu bir daha göstərib.
O, həmçinin xəbərdarlıq edib ki, əgər ABŞ gərginliyi artırmağa davam edərsə, İran buna cavab verəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə razılaşmanın icra olunmamasına görə ABŞ administrasiyası daxilindəki bəzi qrupları məsuliyyət daşımaqda ittiham edib.
˝İRNA˝ agentliyinə açıqlama verən Bəqayi bildirib ki, görünür, ABŞ hakimiyyətindəki bəzi qüvvələr hökumətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olur. Onun sözlərinə görə, əsas məsələ Vaşinqtonun razılaşma üzrə öhdəliklərini icra etməməsidir.
Bəqayi Hörmüz boğazı ilə bağlı da danışaraq qeyd edib ki, razılaşmanın 5-ci maddəsinə əsasən, boğazın idarə olunması Oman və region ölkələri ilə məsləhətləşmələr əsasında həyata keçirilməlidir. O iddia edib ki, ABŞ bu müddəanı nəzərə almır və Hörmüz boğazına nəzarəti ələ keçirməyə çalışır.
İran rəsmisi əlavə edib ki, İrana qarşı başlanmış münaqişə təkcə ölkəyə deyil, bütün beynəlxalq ictimaiyyətə mənfi təsir göstərir və bunun nəticələri gələcəkdə də hiss olunacaq.
09:00 19.07.2026
Oxunuş sayı: 70