Fedorov tərəfdarlarına ümid verdi: Hər şey alınacaq
Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov onun dəstəklənməsi üçün keçirilən aksiyaların iştirakçılarına müraciət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fedorov ukraynalılara göstərdikləri dəstəyə görə təşəkkür edib və bildirib ki, indiki qədər böyük məsuliyyət hiss etməyib.
“Siz məni Mriya və Diyaya görə təşəkkürləndirirdiniz. Mən isə sizə ümidə görə təşəkkür edirəm. İnanıram ki, hər şey alınacaq”, – deyə Fedorov bildirib.
O, həmçinin qeyd edib ki, dəyişikliklər mütləq olacaq və tərəflər arasında dialoq davam edir.
22:34 18.07.2026
Oxunuş sayı: 67