Xalqı eşidirəm – Zelenskidən Sırski ilə bağlı açıqlama
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son iki gün ərzində ölkədəki vəziyyətlə bağlı çoxsaylı məsləhətləşmələr keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, görüşlər arasında Ukraynanın müdafiə naziri Mixail Fedorov və Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski ilə aparılan müzakirələr də olub.
Zelenski qeyd edib ki, ordu ilə bağlı qərarlar hazırlanacaq.
Prezident əlavə edib ki, hakimiyyət xalqın mövqeyini nəzərə alır.
23:55 18.07.2026
Oxunuş sayı: 86