Kənd təsərrüfatı helikopteri yerə çırpıldı, pilot həyatını itirdi
Rusiyanın Krasnodar diyarında (Kuban) kənd təsərrüfatı təyinatlı Mi-2 helikopteri qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Hadisə nəticəsində helikopterin pilotu həlak olub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
22:45 18.07.2026
Oxunuş sayı: 72