F-35 böhranında buzlar əriyir: Türkiyə və ABŞ razılığa yaxınlaşıb
Türkiyə nümayəndə heyəti Vaşinqtonda F-35 qırıcıları ilə bağlı müzakirələri başa çatdırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nümayəndə heyəti danışıqların nəticələrinə əsasən, F-35 proqramı ətrafında yaranmış mübahisənin yaxın zamanda həll olunacağına əminlik ifadə edib.
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına görə Ankaraya qarşı sanksiyalar tətbiq edib və Türkiyəni F-35 qırıcı proqramından çıxarıb.
22:56 18.07.2026
Oxunuş sayı: 83