Xalqın qarşısına çıx! – Ukraynada hakimiyyətə qarşı şüarlar səsləndi
Kiyevdə Franko meydanında Ukrayna Prezident Aparatının qarşısında etiraz aksiyaları üçüncü gündür davam edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, aksiya iştirakçıları Mixail Fedorova dəstək ifadə edir, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskiyə qarşı sərt tənqidlər səsləndirirlər.
Etirazçılar hakimiyyətə müraciət edən şüarlar səsləndirirlər. Onların arasında “Xalqın xidmətçisi, xalqın qarşısına çıx!” şüarı da yer alır.
Bundan əlavə, aksiya iştirakçılarının Sırskinin istefasını tələb etdiyi və “Sırski, get!” şüarları səsləndirdiyi bildirilir.
22:42 18.07.2026
Oxunuş sayı: 73