Türkiyə yeni texnologiyasını kosmosa yüksəldib
Türkiyə öz istehsalı olan rubidium atom saatını kosmosa göndərib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Buraxılış SpaceX-in Transporter-17 missiyası çərçivəsində həyata keçirilib. Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib ki, kosmik aparatdan ilk siqnal artıq uğurla qəbul edilib.
Qeyd olunub ki, bu texnologiya gələcəkdə rabitə sistemləri, naviqasiya, peyk texnologiyaları və elmi tədqiqatlarda istifadə olunacaq.
Bundan əlavə, rubidium atom saatının regional mövqeləndirmə və vaxt sinxronizasiyası sisteminin yaradılması üçün əsas texnologiyalardan biri olacağı gözlənilir.
22:28 18.07.2026
Oxunuş sayı: 69