İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI
İran ABŞ ilə imzalanmış memorandum çərçivəsində öhdəliklərin yerinə yetirilməsini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
Onun sözlərinə görə, hazırda Tehran həmin öhdəlikləri icra etmir və əsas diqqətini ölkənin müdafiəsinə yönəldib.
Qəribabadi qeyd edib ki, İran hazırda təhlükəsizlik məsələləri ilə məşğuldur.
22:00 18.07.2026
Oxunuş sayı: 71