Dəniz cəbhəsində gərginlik artır: Ukrayna dronları yenidən hərəkətə keçib
Ukraynanın pilotsuz sistemlər qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, Ukrayna dronları Rusiyanın kölgə donanmasına aid daha 13 gəmini hədəfə alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, zərbə endirilən gəmilər arasında 8 quru yük gəmisi, neft tankeri, qazdaşıyan tanker, yedək gəmisi və iki üzən kran olub.
Brovdi qeyd edib ki, əməliyyat nəticəsində Rusiyanın dəniz logistikasına aid obyektlər zərər görüb.
Qeyd edək ki, açıqlama Ukraynanın məlumatına əsaslanır və hadisənin nəticələri ilə bağlı müstəqil təsdiqlənmiş məlumat verilməyib.
21:46 18.07.2026
Oxunuş sayı: 71