Elektrostalda böyük yanğın: səfirlik vətəndaşlarını axtarır
Qırğızıstanın Rusiyadakı səfirliyi Moskva vilayətinin Elektrostal şəhərində yerləşən Wildberries anbarında baş verən yanğından sonra hadisə yerinə əməkdaşlarını göndərib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfirliyin məqsədi yanğın nəticəsində xəsarət alanlar arasında Qırğızıstan vətəndaşlarının olub-olmadığını müəyyənləşdirməkdir.
Diplomatik nümayəndəlikdən bildirilib ki, əməkdaşlar hadisə yerində vəziyyəti araşdırır və zərərçəkənlərlə bağlı məlumatları dəqiqləşdirirlər.
20:40 18.07.2026
Oxunuş sayı: 69