KİV: Dolların dünya liderliyi sual altındadır
ABŞ-də Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi Vaşinqtonda dolların dünya iqtisadiyyatındakı rolunun zəifləməsi ilə bağlı narahatlıqları artırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The New York Times˝ yazıb.
Nəşrin məlumatına görə, Rusiyaya qarşı daha sərt məhdudiyyətlərin tətbiqi dolların mövqelərinə mənfi təsir göstərə bilər. Çünki belə sanksiyalar digər ölkələri beynəlxalq hesablaşmalarda alternativ valyutalar axtarmağa sövq edir.
Məqalədə qeyd olunur ki, dolların qlobal maliyyə sistemindəki dominant mövqeyinin qorunması ABŞ üçün mühüm strateji əhəmiyyət daşıyır.
19:40 18.07.2026
Oxunuş sayı: 71