İstirahətə gedənlər xəstəxanalıq oldu – Rusiyada kütləvi zəhərlənmə
Rusiyanın Stavropol diyarında yerləşən istirahət bazalarından birində zəhərlənmə hadisəsi baş verib.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Bölgənin Səhiyyə Nazirliyinin məlumatına görə, zəhərlənən 50-dən çox şəxs xəstəxanaya yerləşdirilib.
Hazırda onların sağlamlıq vəziyyəti və zəhərlənmənin səbəbləri ilə bağlı araşdırma aparılır.
19:30 18.07.2026
Oxunuş sayı: 76