Zelenski “günah keçisi” elan edilən Sırskini qurban verə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə yaranmış siyasi böhrandan çıxış yolu kimi Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Financial Times˝ nəşri məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, müdafiə naziri Mixail Fedorovun vəzifədən azad edilməsinə qarşı keçirilən etiraz aksiyalarında Sırski əsas tənqid hədəfinə çevrilib və faktiki olaraq günah keçisi rolunda təqdim olunur.
Mənbə bildirib ki, Zelenski həftəsonu hərbi rəhbərliyi müşavirəyə dəvət edib. Görüş zamanı o, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsinə mümkün namizədlərlə də söhbətlər aparmağı planlaşdırır.
18:25 18.07.2026
Oxunuş sayı: 60