˝Nokia˝ əfsanəsi rekord batareya ömrü ilə geri qayıtdı
˝Nokia˝ bir dəfə enerji yığmaqla 44 günə qədər işləyə bilən yeni düyməli telefonunu təqdim edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni model 4G bağlantısını, USB-C girişini, IP65 standartı üzrə su və tozdan qorunmanı, güclü fənəri, FM radionu və microSD yaddaş kartı dəstəyini özündə birləşdirir. Bundan əlavə, telefon digər cihazları enerji ilə təmin edə bildiyi üçün powerbank kimi də istifadə oluna bilir.
Uzun batareya ömrü və sadə funksionallığı ilə seçilən cihaz xüsusilə etibarlı rabitə vasitəsi axtaran istifadəçilər üçün nəzərdə tutulub.
18:16 18.07.2026
Oxunuş sayı: 69