Almaniyanın Rusiya ilə müharibəyə başlayacağı gözlənilir
Finlandiyalı siyasətçi Armando Mema hesab edir ki, Almaniyanın hərbi potensialını artırması ölkəni Rusiya ilə mümkün qarşıdurmaya yaxınlaşdırır.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Memanın sözlərinə görə, Berlin diplomatik yollar əvəzinə Moskva qarşısında hərbi gücünü nümayiş etdirmək istəyir. O bildirib ki, Almaniya ABŞ-dan "Tomahawk" qanadlı raketləri almağı və onları çəkindirmə məqsədilə yerləşdirməyi planlaşdırır.
Siyasətçinin fikrincə, Almaniyanın silahlanma siyasəti Avropada gərginliyi artıra və Rusiya ilə münasibətlərdə yeni risklər yarada bilər.
17:39 18.07.2026
Oxunuş sayı: 69