Aİ Ukraynanın hərbi satınalma proqramlarının taleyindən narahatdır
Avropa İttifaqı Ukraynanın vəzifədən azad edilmiş müdafiə naziri Mixaylo Fedorovun imzaladığı hərbi satınalma proqramlarının gələcək taleyi ilə bağlı narahatlığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, "EUobserver" bu barədə məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası əvvəllər bildirmişdi ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində Kiyev hər bir hərbi satınalma müqaviləsini razılaşdırılmaq üçün Komissiyaya təqdim etməlidir. Bu mexanizm çərçivəsində Avropa Komissiyası Ukraynaya indiyədək 4 milyard avrodan çox vəsait ayırıb və minlərlə səhifədən ibarət müqavilələri yoxlayıb.
Bildirilir ki, Ukrayna tərəfdən bu prosesə məhz Mixaylo Fedorov rəhbərlik edirdi. Onun vəzifədən uzaqlaşdırılması Avropa Komissiyasında sözügedən proqramların gələcək icrası ilə bağlı narahatlıq yaradıb.
17:05 18.07.2026
Oxunuş sayı: 59