Tramp İngiltərə millisinin baş məşqçisini tənqid edib
ABŞ Prezidenti Donald Tramp futbol üzrə Dünya Çempionatının yarımfinalında İngiltərənin Argentinaya 1:2 hesabı ilə məğlub olmasından sonra komandanın baş məşqçisi Tomas Tuxelin taktikasını tənqid edib.
Crossmedia.az xəbər verir ki, "Çempionat" bu barədə məlumat yayıb.
Tramp bildirib ki, İngiltərə millisinin hücumçusu Harri Keynin müdafiədə oynadılması düzgün qərar olmayıb.
"İngiltərənin qolf oynadığım əla futbolçusu Harri Keyn var. Düşünürəm ki, onu müdafiədə oynatmaq səhv idi. Amma futboldan nə başa düşürəm? Onlar hesabda önə keçdilər, sonra isə ən yaxşı oyunçularını müdafiəyə çəkdilər", – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, Dünya Çempionatının yarımfinal görüşündə Argentina millisi İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
16:13 18.07.2026
Oxunuş sayı: 73