Almaniya DİN rəhbəri: Ölkədə terror təhlükəsi yüksək olaraq qalır
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt ölkənin infrastrukturu, dövlət qurumları və ayrı-ayrı şəxslərə qarşı mümkün hücumlar təhlükəsinin yüksək səviyyədə qaldığını bildirib.
Crossmedia.az xəbər verir ki, "Die Welt" bu barədə məlumat yayıb.
Nazirin sözlərinə görə, kəşfiyyat orqanlarının məlumatları Almaniyada istənilən vaxt terror aktı riskinin mövcud olduğunu göstərir.
Dobrindt qeyd edib ki, hüquq-mühafizə orqanları partlayıcı maddələrdən istifadə etməklə hazırlanmış və "birdəfəlik agentlər" tərəfindən həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını alıblar.
O bildirib ki, mövcud təhlükələrə qarşı mübarizəni gücləndirmək üçün Almaniya hökuməti qanunvericiliyi yeniləməyi və əks-kəşfiyyat orqanlarına xüsusi xidmət strukturlarına xas daha geniş əməliyyat səlahiyyətləri verməyi planlaşdırır.
10:55 19.07.2026
Oxunuş sayı: 69