Ermənistanda Fransa səfirliyinin qəbulunda qonaqlar qidadan zəhərlənib
Ermənistanda Fransanın Milli Bayramı münasibətilə keçirilən rəsmi qəbuldan sonra bir neçə qonaq qida zəhərlənməsi əlamətlərindən şikayət edib.
Crossmedia.az xəbər verir ki, Fransanın Ermənistandakı səfirliyi bu barədə məlumat yayıb.
Səfirliyin açıqlamasına görə, iyulun 14-ü münasibətilə təşkil olunan qəbulda iştirak edən bir neçə qonaqda qida zəhərlənməsinə xas simptomlar müşahidə olunub.
Diplomatik nümayəndəlik zərərçəkənlərdən üzr istəyərək bildirib ki, hadisə ilə bağlı artıq Ermənistan Səhiyyə Nazirliyinə müraciət olunub.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
15:19 18.07.2026
Oxunuş sayı: 57