Kadırov NATO ölkələrinə qarşı müharibəyə çağırış edib
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya silah və kəşfiyyat məlumatları verən ölkələrə qarşı hərbi əməliyyatların başlanmasına çağırış edib.
Crossmedia.az xəbər verir ki, Ramzan Kadırov bu barədə açıqlama verib.
Kadırov bildirib ki, NATO adı altında Ukraynaya silah, kəşfiyyat məlumatları və digər dəstək göstərən ölkələrə qarşı "atəş açmağın vaxtı çatıb".
"Silah, məlumat və digər dəstəyi açıq şəkildə göstərən, NATO abbreviaturası arxasında gizlənən ölkələrdən də başlamaq pis olmazdı. Atəş açmağın vaxtıdır. Onlar trotilin qoxusunu hiss edib, Kalaşnikovun səsini və T-90 tanklarının gurultusunu eşidəndə hər şeyi anlayacaq və həqiqəti dərk edəcəklər", – deyə Kadırov bildirib.
Qeyd edək ki, Kadırovun bu bəyanatı onun şəxsi mövqeyidir. NATO və adı çəkilən ölkələr məsələ ilə bağlı hələlik rəsmi münasibət bildirməyiblər.
14:51 18.07.2026
Oxunuş sayı: 77