Rocer Uoters: Rusiya ilə əməkdaşlıq etmək lazımdır, ruslar yaxşı insanlardır
"Pink Floyd" qrupunun həmtəsisçisi Rocer Uoters Rusiya ilə əməkdaşlığın vacibliyini vurğulayıb və rus xalqı barədə müsbət fikirlər səsləndirib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə məlumat yayıb.
Amerikalı jurnalist Taker Karlsonla müsahibəsində Uoters bildirib ki, Rusiya ilə əməkdaşlıq etmək lazımdır və ruslar yaxşı insanlardır.
Musiqiçi həmçinin ABŞ-də "RT" telekanalının qadağan edilməsindən təəssüfləndiyini deyib:
"Çox dərindən təəssüflənirəm ki, artıq "RT"yə baxa bilmirəm, çünki ABŞ-də onu qadağan ediblər".
Qeyd edək ki, Rocer Uoters əvvəllər də beynəlxalq siyasət və Qərbin Rusiya ilə münasibətləri ilə bağlı açıqlamaları ilə diqqət çəkib.
14:04 18.07.2026
Oxunuş sayı: 76