Rusiyada ağır qəza: İki uşaq da daxil olmaqla 3 nəfər həlak olub
Rusiyanın Samara vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər, o cümlədən iki uşaq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Samara vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində üç nəfər ölüb. Həlak olanlar arasında iki azyaşlı da var.
Hadisənin hansı şəraitdə baş verdiyi və qəzanın səbəbləri barədə əlavə məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
12:54 18.07.2026
Oxunuş sayı: 61