ABŞ Konqresinin demokrat üzvləri Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinə etiraz ediblər
ABŞ Nümayəndələr Palatasının demokrat üzvləri Bred Şnayder və Don Beyer Rusiyaya qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsinə qarşı çıxıblar. Onlar sənədin prezidentə gömrük rüsumları ilə bağlı həddindən artıq səlahiyyət verəcəyini bildiriblər.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
İllinoys ştatını təmsil edən Bred Şnayder və Virciniya ştatından seçilən Don Beyer birgə bəyanatlarında bildiriblər:
"Biz həmkarlarımızı amerikalı ailələrin xərclərini artıran, ən mühüm ticarət əlaqələrimizi məhv edən, xaos və korrupsiyanı dərinləşdirmək niyyətində olan prezidentə əlavə tarif səlahiyyətləri verəcək bu təşəbbüsün qarşısını almağa çağırırıq".
Konqresmenlər bununla yanaşı, Rusiyaya qarşı yönəlmiş digər qanunvericilik təşəbbüslərini dəstəklədiklərini vurğulayıblar.
Qeyd edək ki, bəyanatda etirazın Rusiyaya qarşı sanksiyaların özünə deyil, qanun layihəsinin prezidentə tarif siyasəti ilə bağlı əlavə səlahiyyətlər verməsinə yönəldiyi qeyd olunur.
11:56 18.07.2026
Oxunuş sayı: 64