Messi: Lamin o zaman körpə idi, indi isə dünya çempionatının finalında rəqibik
Argentina millisinin kapitanı Lionel Messi 2007-ci ildə altı aylıq Lamin Yamal ilə çəkilmiş məşhur fotosu barədə danışıb. O bildirib ki, illər sonra dünya çempionatının finalında onunla üz-üzə gəlmək inanılmaz hissdir.
Crossmedia.az xəbər verir ki, "Marca" bu barədə məlumat yayıb.
Hazırda İspaniya millisinin və "Barselona"nın heyətində çıxış edən Lamin Yamal ilə Lionel Messi iyulun 19-da keçiriləcək DÇ-2026-nın finalında rəqib olacaqlar.
Messi həmin fotonu xatırlayaraq bunları deyib:
“Lamin o zaman körpə idi, indi isə biz dünya çempionatında qarşılaşırıq. Həmin şəkildən sonra hər ikimizin mundialda oynaması inanılmazdır”.
Qeyd edək ki, İspaniya və Argentina yığmaları arasında DÇ-2026-nın final oyunu Bakı vaxtı ilə iyulun 19-da saat 23:00-da başlayacaq.
12:04 18.07.2026
Oxunuş sayı: 100