Türkiyədə 5 bal gücündə zəlzələ baş verib
Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, "AFAD" bu barədə məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 07:20-də baş verib.
Bildirilib ki, zəlzələnin ocağı 15,59 kilometr dərinlikdə yerləşib.
Seysmik hadisə Elazığ, Adıyaman, Tunceli və Şanlıurfa vilayətlərində də hiss olunub.
İlkin məlumata görə, zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.
11:49 18.07.2026
Oxunuş sayı: 49