Ukrayna PUA-ları Rusiyada “Wildberries” logistika mərkəzini vur
Ukraynanın Pilotsuz Uçuş Aparatları (PUA) Rusiyanın Tambov vilayətində yerləşən “Wildberries” şirkətinin logistika mərkəzinə hücum edib. Nəticədə 7 nəfər həlak olub, daha 24 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Məlumata görə, hücum iyulun 18-nə keçən gecə Kotovsk şəhərində baş verib. Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov bildirib ki, PUA-ların zərbəsi nəticəsində gecə növbəsində çalışan 7 əməkdaş həyatını itirib.
İlkin məlumata əsasən, 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Kotovsk və Tambov şəhərlərindəki xəstəxanalara yerləşdirilib və onlara tibbi yardım göstərilir.
Qubernatorun sözlərinə görə, logistika mərkəzində baş vermiş yanğın nəzarət altına alınıb, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləməyə davam edir.
11:56 18.07.2026
Oxunuş sayı: 55