Ermənistan parlamentinin ilk iclasına II Qaregin dəvət olunmayıb
Ermənistan tarixində ilk dəfə olaraq bütün ermənilərin katolikosu yeni parlamentin ilk iclasında iştirak etməyə bilər.
Crossmedia.az xəbər verir ki, "Hraparak" qəzeti bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, indiyədək Erməni Apostol Kilsəsinin ali dini mərkəzi olan Müqəddəs Eçmiədzinə parlamentin ilk iclası ilə bağlı rəsmi dəvət göndərilməyib.
Məlumata əsasən, Baş nazir Nikol Paşinyanın mövqeyi və hökumətlə kilsə arasında davam edən açıq qarşıdurma fonunda hakimiyyətin II Qareginə xüsusi dəvət göndərmək niyyəti yoxdur.
Qəzet qeyd edir ki, parlamentin daxili nizamnaməsində katolikosun ilk iclasda iştirakı nəzərdə tutulsa da, onun iştirakı məcburi öhdəlik deyil, yalnız çıxış etmək hüququ kimi qiymətləndiriləcək.
Materialda vurğulanır ki, bu hal Ermənistanın müstəqillik tarixində ilk dəfə baş verir. Nəşr yazıya əvvəlki çağırış parlamentinin iclasından arxiv fotosunu da əlavə edib.
11:19 18.07.2026
Oxunuş sayı: 59