Rusiya MN: Ukrayna üçün hərbi yüklər daşıyan gəmilər vurulub
Ötən gecə Ukrayna Silahlı Qüvvələri üçün hərbi təyinatlı yüklər daşıyan gəmilərə və Odessa vilayətindəki liman infrastrukturuna zərbələr endirilib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, Çornomorsk limanında və dəniz keçidində hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirən iki dəniz gəmisi vurulub.
Bundan başqa, Odessa limanında yanacaq-sürtkü materiallarının boşaldılması üçün istifadə edilən obyektlərə, eləcə də Ukrayna hərbçiləri üçün nəzərdə tutulan yanacaq-sürtkü materialları saxlanılan rezervuarlara zərbələr endirildiyi bildirilib.
11:06 18.07.2026
Oxunuş sayı: 64