Ağ Ev Argentina futbolçularının Folklend adaları ilə bağlı etirazını müdafiə edib
Ağ Ev 2026-cı il dünya çempionatında Argentina millisinin futbolçularının Folklend (Malvin) adaları ilə bağlı siyasi mövqeyini ifadə etmək hüququnu dəstəklədiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, "Sky News" bu barədə məlumat yayıb.
Telekanalın müxbiri Rob Harrisin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın komandasında dünya çempionatı ilə bağlı məsələlərə cavabdeh olan Endryu Culiani bildirib ki, söhbət ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə təmin edilən söz və ifadə azadlığı hüququndan gedir.
Məlumata görə, Argentina millisi İngiltərə ilə dünya çempionatının yarımfinal oyunundan sonra meydanda "Las Malvinas son Argentinas" ("Malvin adaları Argentinaya məxsusdur") yazılmış banner açıb.
Yarımfinal görüşündən əvvəl Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruel sosial şəbəkə hesabında bu qarşılaşmanı "işğalçıları dayandırmaq üçün fürsət" adlandırmışdı.
Beynəlxalq Futbol Federasiyası (FIFA) dünya çempionatı başa çatanadək Argentina yığmasına siyasi bannerə görə sanksiya tətbiq etməyəcəyini açıqlayıb. Bununla belə, qurum futbolçuların hərəkətləri ilə bağlı araşdırma aparacağını bildirib.
10:32 18.07.2026
Oxunuş sayı: 61