SEPAH: Hörmüz boğazında 4 gəmi dayandırılıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında əməliyyat keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH son saatlarda Hörmüz boğazından keçməyə çalışan 4 gəminin raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən əməliyyat nəticəsində dayandırıldığını bildirib.
Açıqlamada əməliyyatın təfərrüatları, gəmilərin mənsubiyyəti və saxlanılma səbəbləri barədə əlavə məlumat verilməyib. Məlumat müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
09:58 18.07.2026
Oxunuş sayı: 62