Ukrayna PUA-sının hücumu Rusiyada can aldı
Rusiyanın Tambov vilayətində yerləşən Wildberries logistika mərkəzinə Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) zərbə endirməsi nəticəsində insan tələfatı qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı gecə növbəsində çalışan 7 əməkdaş həlak olub, daha 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin təfərrüatları və zərərçəkənlərin vəziyyəti ilə bağlı araşdırma aparılır.
09:46 18.07.2026
Oxunuş sayı: 61