Sorğu: Polşalıların əksəriyyəti ukraynalı qaçqınların qəbuluna qarşıdır
Polşada keçirilən ictimai rəy sorğusu göstərib ki, ölkə vətəndaşlarının əksəriyyəti ukraynalı qaçqınların qəbulunun davam etdirilməsini dəstəkləmir.
Crossmedia.az xəbər verir ki, "RMF24" bu barədə CBOS-un keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğuya əsasən, respondentlərin 52 faizi Polşanın ukraynalı qaçqınları qəbul etməməli olduğunu düşünür. İştirakçıların 42 faizi isə bunun əksini hesab edir.
Bundan əlavə, sorğuda iştirak edənlərin 54 faizi ukraynalı qaçqınlara göstərilən yardımın həddindən artıq olduğunu bildirib.
09:25 18.07.2026
Oxunuş sayı: 59