Kaliforniyada məktəblərdə süni intellekt müəllimlərinin istifadəsi qadağan edildi
ABŞ-nin Kaliforniya ştatında dövlət məktəblərində süni intellektin müəllim kimi istifadəsini qadağan edən yeni qanun qəbul edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qubernator Qevin Nyusomun imzaladığı qanuna əsasən, 2027-ci ildən etibarən 1–12-ci siniflərdə şagirdlərə dərs deyən müəllimlər yalnız fiziki şəxslər ola bilərlər. Bununla da dövlət məktəblərində süni intellekt sistemlərinin müəllim funksiyasını yerinə yetirməsinə icazə verilməyəcək.
Qanun məktəblərin bütün əməkdaşları və podratçılarının fiziki şəxs olmasını tələb edir.
Bununla yanaşı, süni intellektin təhsildə istifadəsi tamamilə qadağan edilmir. Yeni qaydalara əsasən, AI yalnız əlavə tədris vasitəsi, məsələn, repetitor proqramı və ya köməkçi təhsil aləti kimi istifadə oluna biləcək.
23:53 17.07.2026
Oxunuş sayı: 59