Lavrovdan Vaşinqton və Kiyevə mesaj: Bizi razılaşmadan uzaqlaşdırırlar
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Moskva ABŞ Prezidenti Donald Trampın Alyaskada irəli sürdüyü təklifləri qəbul edib.
Crossmedia.az xəbər verir ki, Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib ki, Trampın təkliflərindən geri çəkilməyə Avropa ölkələri və Ukrayna Prezidenti Volodimir Zelenski çalışır.
“Biz Trampın Alyaskadakı təkliflərini qəbul etdik. Avropalı müttəfiqləri və əlbəttə ki, cənab Zelenski onu bu təkliflərdən uzaqlaşdırmağa çalışırlar”, – deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri əlavə edib ki, ABŞ nümayəndələri prezidentin qarşıya qoyduğu vəzifələri yerinə yetirirlər, Moskva isə öz məqsədlərini həll edir.
Lavrovun sözlərinə görə, Rusiya lideri Vladimir Putin bildirib ki, Ukrayna məsələsi ilə bağlı başladılan proses başa çatdırılacaq. O, əvvəlki sülh təşəbbüslərinin nəticəsiz qaldığını və bəzi tərəflərin əvvəl imzalanmış sənədləri yerinə yetirmək niyyətində olmadığını iddia edib.
23:21 17.07.2026
Oxunuş sayı: 51