Rusiyada yeni dövrün müharibələri üçün yeni zabitlər hazırlanacaq
Rusiya Müdafiə Nazirliyinin ali hərbi təhsil müəssisələrində yeni tədris ilindən etibarən yeni hərbi ixtisaslar üzrə hazırlıqlara başlanılacaq.
Crossmedia.az xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini Viktor Qoremykin bildirib ki, sentyabrın 1-dən etibarən hərbi ali məktəblərdə 11 yeni və 85 yenilənmiş hərbi ixtisas üzrə təlim keçiriləcək.
Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatlar zamanı Müdafiə Nazirliyinin hərbi ali məktəblərində çalışan 3 mindən çox müəllim döyüş təcrübəsi əldə edib.
Qoremykin qeyd edib ki, bu il Çelyabinsk, Novoçerkassk və Ulyanovskda yaradılan üç yeni hərbi təhsil müəssisəsində zabit hazırlığına başlanacaq.
Nazir müavini müasir hərbi çağırışlar və döyüşlərin dəyişən xarakterinin hərbi təhsil sisteminin modernləşdirilməsini və yenidən təchiz olunmasını zəruri etdiyini bildirib.
Bundan əlavə, peşə yönləndirmə tədbirləri nəticəsində Rusiya Müdafiə Nazirliyinin ali hərbi məktəblərinə qəbul üçün 56 mindən çox namizədin seçildiyi açıqlanıb.
22:57 17.07.2026
Oxunuş sayı: 60