Bu prezident eynicinsli nikahlara “yox” dedi
Polşa Prezidenti Karol Navrotski ölkədə eynicinsli nikahların qanuniləşdirilməsinə imkan verən təşəbbüsü bloklayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Navrotski bildirib ki, Konstitusiyanın təminatçısı kimi nikah institutunun xüsusi statusunun dəyişdirilməsinə razı ola bilməz.
“Nikah institutu kişi və qadının birliyi kimi Konstitusiyanın 18-ci maddəsində təsbit olunub və Polşa Respublikasının müdafiəsi altındadır”, – deyə prezident qeyd edib.
Onun sözlərinə görə, təklif olunan dəyişikliklər nikaha bənzər hüquqi əsas yaratsa da, nikah münasibətlərinə xas olan bütün öhdəlikləri tam şəkildə əhatə etmir.
Polşada bu məsələ uzun müddətdir siyasi müzakirələrə səbəb olur.
22:00 17.07.2026
Oxunuş sayı: 57