Rusiyada yanacaqdoldurma məntəqələrinin kütləvi satışı başlayıb
Rusiyada yanacaq çatışmazlığı fonunda yanacaqdoldurma məntəqələrinin kütləvi şəkildə satışa çıxarıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “İzvestiya”nın məlumatına görə, satışa həm müstəqil yanacaq şəbəkələri, həm də iri neft şirkətlərinə məxsus obyektlər çıxarılır.
Bəzi regionlarda benzin və dizel yanacağının çatışmazlığı səbəbindən özəl yanacaqdoldurma məntəqələrinin fəaliyyətini dayandırmağa başladığı qeyd olunur.
Nəşr yazır ki, yanacaq bazarında yaranan vəziyyət ölkənin müxtəlif bölgələrində sahibkarlar üçün ciddi problemlərə səbəb olub.
21:36 17.07.2026
Oxunuş sayı: 61