Nikolayev limanında Ukrayna üçün yük daşıyan 4 gəmi vuruldu
Rusiya Müdafiə Nazirliyi Nikolayev limanında Ukrayna Silahlı Qüvvələri üçün yük daşıyan dörd quru yük gəmisinin hədəfə alındığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, zərbə gəmilərin yüklərin boşaldılması zamanı həyata keçirilib.
Bildirilib ki, həmin gəmilər Ukrayna ordusunun ehtiyacları üçün nəzərdə tutulan yüklərin çatdırılmasında istifadə olunurdu. Hadisənin detalları və zərbənin nəticələri barədə əlavə məlumat verilməyib.
20:48 17.07.2026
Oxunuş sayı: 61