Krımda Ukrayna hücumu nəticəsində ölənlərin sayı açıqlanıb
Krımda Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində iki nəfər həyatını itirib, daha bir nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Krım rəhbəri Sergey Aksyonov məlumat verib.
Hadisənin detalları və hücumun hansı vasitələrlə həyata keçirildiyi barədə əlavə məlumat verilməyib.
20:56 17.07.2026
Oxunuş sayı: 53