Misir və Körfəz ölkələri gərginlik alovlanmadan qarşısını almaq istəyirlər
Misir və Fars körfəzi ölkələri ABŞ-nin hərbi əməliyyatlarının yenidən başlaması və İranın cavab addımları fonunda vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə yeni koordinasiyalı təşəbbüsə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Al Akhbar” nəşrinin məlumatına görə, diplomatik mənbələr Qahirə və region ölkələrinin hərbi eskalasiyanın nəticələrini azaltmaq və böhranın genişmiqyaslı münaqişəyə çevrilməsinin qarşısını almaq üçün birgə fəaliyyət planı hazırladığını bildirib.
Məlumata əsasən, hazırda əsas diqqət İsrailin qarşıdurmaya birbaşa cəlb olunmasının qarşısını almaq üçün Vaşinqtona siyasi və diplomatik təzyiqin əlaqələndirilməsinə yönəlib. Mənbələr hesab edir ki, belə bir ssenari regionda bir neçə cəbhənin açılmasına və vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər.
“Al Akhbar”ın yazdığına görə, təşəbbüsün əsas məqsədləri arasında ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun müddəalarının icrasına qayıtmaq və danışıqlar prosesini bərpa etmək yer alır. Bu proses regionda sabitliyin qorunması üçün ən təhlükəsiz və həyata keçirilə bilən həll yolu kimi qiymətləndirilir.
20:16 17.07.2026
Oxunuş sayı: 57